Kremlin “dostları” - Ermənistan və Honq Konq bankları Rusiya ödənişlərini bloklayır
Sanksiya riski ilə əlaqədar Ermənistan, Qazaxıstan və Honq Konq bankları Rusiyadan hüquqi şəxslər üçün “paralel idxal” yolu ilə tədarük edilən serverlər, mikrosxemlər, prosessorlar, telekommunikasiya avadanlıqları və digər elektronika üçün ödənişləri bloklamağa başlayıblar.
Valyuta.az xəbər verir ki, təchizatçılar elektronikanı digər əmtəə kodları ilə idxal etməyə çalışır, həmçinin alternativ ödəniş üsulları axtarırlar. İxrac nəzarətinin gücləndirilməsi altı ay ərzində Rusiya Federasiyasında belə məhsulların qıtlığına səbəb ola bilər.
“İstehsalçı ölkədən birbaşa komponentləri, ehtiyat hissələrini, kompüterləri və s. almaq mümkün deyil, lakin üçüncü ölkələr vasitəsilə bu, getdikcə çətinləşir, ona görə də altı ay və ya bir ildən sonra biz sanksiya olunmuş məhsulların qıtlığı ilə üzləşə bilərik”, - bu barədə Rusiyanın “Optimaloq” logistika şirkətinin baş direktoru George Vlastopulo bildirib.
Qeyd olunur ki, sanksiyaya məruz qalan Rusiya fiziki və hüquqi şəxsləri ilə əməkdaşlığa görə bankların ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalması qorxusu buna səbəb ola bilər. Genişmiqyaslı müharibə başlayandan bəri ən azı iki erməni elektronika təchizatçısı, o cümlədən ABŞ hakimiyyətinin Rusiyanın çip istehsalçısı PKK Milandr ilə işlədiyinə inandığı Milur Electronics şirkəti məhdudlaşdırılıb.
Rusiya şirkətləri "alternativ" əmtəə nomenklaturası kodları altında elektron komponentlər almaqla, digər ödəniş üsullarından istifadə etməklə və ya bütün avadanlıqları almaqla bank çeklərindən yan keçməyə çalışacaqlar. Eyni zamanda, bank sektorundakı mənbə qeyd edib ki, xarici banklar artıq Rusiya Federasiyasından ödənişləri “əl ilə” yoxlayırlar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay