Türkiyə iqtisadiyyatı vəziyyətdən necə çıxa bilər? - İqtisadçı şərtləri açıqlayır
“Əgər yeni hökumət təcili bir sıra tədbirlər görməsə, ehtimal edirəm ki, xaricdən külli miqdarda kredit götürməyə məcbur ola bilərlər”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Pərviz Heydərov dollara nisbətdə türk lirəsinin ucuzlaşmasının Türkiyə iqtisadiyyatına edəcəyi təsirlərdən danışarkən deyib.
İqtisadçı qeyd edib ki, Türkiyədə "açıq bazar", yəni üzən məzənnə rejimidir: "Türkiyənin ixracdan gələn elə bir valyuta ehtiyyatı yoxdur ki, lirəni saxlaya bilsin”.
Ekspert qeyd edir ki, hələlik vəziyyəti sığortalamaq üçün müəyyən şanslar var: “Birinci növbədə ölkədə infilyasiyanın qarşısı alınmalıdır. İqtisadiyyatda sabitlik əldə olunmalıdır. Neçə müddətdir ki, ölkədən kənara kapital axını var və bunun qarşısı alınmalıdır”.
Pərviz Heydərovun sözlərinə görə, ölkəyə əvvəlki kimi investisiya gəlmir: “Məsələn, 5-6 il bundan əvvəl Türkiyəyə Avropa, digər ölkələrdən investorlar gəlirdi. Lakin daha sonra Amerika və Avropanın təsiri bu investorları ölkədən kənarlaşdırdı. Bir ölkəyə kənardan pul axını olmasa, istər-istəməz onun valyutası titrəməyə başlayır".
İqtisadçı son olaraq qeyd edib ki, Türkiyə bu vəziyyətə birdən-birə düşməyib: “Uzun müddətdir ki, bu vəziyyətə doğru addım-addım gəlinib. Düşünürəm ki, yeni hökumət tezliklə müəyyən addım atıb, prosesin daha da dərinə işləməsinin qarşısını alacaq”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay