Türkiyə maliyyə bazarı Şimşekin açıqlamalarını müsbət qarşılayıb - "Dünya"
Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşekin ilk açıqlamaları maliyyə bazarına müsbət təsir edib. Yeni iqtisadi siyasət milli valyutanın dollar qarşısında möhkəmlənməsinə səbəb ola bilər.
Valyuta.Az xəbər verir ki, bu barədə “Dünya” qəzeti yazır .
“Şimşekin şəffaflıq, ardıcıllıq, proqnozlaşdırıla bilən və beynəlxalq normalara uyğun iqtisadi siyasətin və sosial rifahın artırılmasının əsas prinsip olacağı barədə bəyanatı bazar iştirakçıları tərəfindən “müsbət” qarşılanıb”, - nəşr qeyd edib.
Nəşrin fikrincə, iqtisadiyyatda baş verən dəyişikliklər qısa müddətdə lirənin dollar qarşısında məzənnəsinə müsbət təsir göstərə bilər. Lakin müsbət dəyişikliklərin müddəti yeni addımların nə qədər intensiv atılmasından asılı olacaq.
Məqalə müəlliflərinin fikrincə, Şimşək ölkədə iqtisadiyyat sahəsində ən güclü mütəxəssislərdən biridir.
Q.Nəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay