AİB İqlim dəyişikliyi ilə mübarizəyə milyardlarla dollar ayıracaq
Asiya İnkişaf Bankı (AİB) bu gün Asiya və Sakit Okean regionunda İqlim üçün İnnovativ Maliyyə Mexanizmini (IF-CAP) elan edib. Bu önəmli proqram iqlim dəyişikliyinə qarşı mübarizədə regiona dəstəyi əhəmiyyətli dərəcədə artıra bilər.
Valyuta.Az xəbəır verir ki, bu barədə məlumatı AİB-nin prezidenti Masatsuqu Asakava AİB-nin İnçeonda keçirilən 56-cı İllik Toplantısının açılış günündə elan edib.
“İqlim dəyişikliyi dövrümüzün əsas məsələlərindən biridir. Asiya və Sakit Okean regionunda biz bu mübarizədə ön cəbhədəyik”,- deyə cənab Asakava qeyd edib. “Son 12 ayda yaşadığımız iqlimlə bağlı hadisələr güc və tezlik baxımından bundan sonra da artacaq. Buna görə də indi cəsarətli addımlar atmalıyıq. “IF-CAP” real təsirə malik maraqlı, innovativ proqramdır. Bu, AİB-nin Asiya və Sakit Okean regionunun iqlim bankı kimi göstərdiyi fəaliyyətlərə bir nümunədir”.
İlkin mərhələdə “IF-CAP”-ın tərəfdaşları Danimarka, Yaponiya, Koreya Respublikası, İsveç, Böyük Britaniya və ABŞ-dır. Həmin tərəfdaşlar AİB-nin suveren kredit portfelinin hissələrinə zəmanət verməklə yanaşı, layihələrin hazırlanması üçün bir sıra qrantların təqdim edilməsi ilə bağlı bankla müzakirələr aparırlar. Zəmanətlərin yaratdığı riskə məruz qalma ehtimalının azaldılması AİB-nin lazımi kapital ayıraraq iqlim layihələri üçün yeni kreditləri sürətləndirməsinə imkan yaradacaq. “1 dollar yatır 5 dollar faydalan” modeli ilə 3 milyard dollarlıq ilkin zəmanət iddiaları Asiya və Sakit Okean regionunda çox ehtiyac duyulan iqlim layihələri üçün 15 milyard dollara qədər yeni kredit imkanları yarada bilər. İqlimlə bağlı layihələrin maliyyələşdirilməsi üçün istifadə olunan təminat mexanizmi ilk dəfədir ki, çoxtərəfli inkişaf bankı tərəfindən qəbul edilir.
“IF-CAP”ın maliyyələşdirilməsi iqlim dəyişikliyilə mübarizədə AİB-nin 2019-2030-cu illər ərzində öz resursları hesabına 100 milyard ABŞ dolları həcmində vəsait ayırmasına töhfə verəcək. AİB iqlim investisiyalarını sürətləndirmək məqsədilə ikitərəfli və çoxtərəfli maliyyə mənbələri, fondlar, özəl sektor, xeyriyyə qurumları kimi potensial tərəfdaşlarla, o cümlədən İnsanlar və Planet üçün Qlobal Enerji Alyansı ilə müzakirələr aparır.
AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. Bankın 49 regiondan olan 68 üzvü onun səhmdarlarıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay