BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
28150
Türkiyənin demək olar ki, hər şəhərində ənənəvi açıq və qapalı bazarlar qurulur.
 
Türkiyənin demək olar ki, hər şəhərində açıq və qapalı ənənəvi bazarlar qurulur. Bu bazarlarda siz təzə və ya qurudulmuş meyvə-tərəvəz, yerli pendir və qatıq dada və ala bilərsiniz. Həmçinin ətrafdakı qonaqpərvər satıcılarla tanış ola bilərsiniz.
 
Ölkə üzrə yüzlərlə yerli bazardan yalnız bəziləri aşağıda sadalanıb:
 
Ayvalık, Balıkesir
 
Əhəmiyyətli sahil qəsəbəsi olan Ayvalıkda hər cümə axşamı qurulan bazarda Egeyin bənzərsiz tərəvəz və meyvələri nümayiş etdirilir. Burada siz ənənəvi və yerli istehsalçıların büdcəsinə töhfə verərək, həm də yerli əhali kimi alış-veriş edib nahar edə bilərsiniz – bu ətraf-mühiti qoruyan səyahətçinin arzusudur!
 
Sığacık, İzmir
 
Seferihisarın Egey dənizi sahilində yerləşən kiçik Sığacık qəsəbəsi Türkiyənin ilk Sakit Kəndi (Cittaslow) olub. Hər bazar günü qurulan Sığacık Yerli İstehsalçı Bazarı yerli dəyərləri ilə ölkə miqyasında şöhrət qazanır və populyar nüfuzuna baxmayaraq orijinallığını qorumağı bacarır. Meyvə-tərəvəz, mürəbbə və əl işləri satan satıcılar arasında çoxlu qadın satıcılara və kiçik sahibkar xanımların əl işlərinə rast gələcəksiniz.
 
Cumalıkızık, Bursa
 
Bir vaxtlar Osmanlı İmperatorluğunun paytaxtı olmuş və UNESCO-nun Dünya İrs Siyahısına düşən Cumalıkızıkda həftənin hər günü açıq olan dəzgahlar kənd meydanında ənənəvi istehsalla məşğul olan qadınlar tərəfindən qurulur. Orijinal türk təcrübəsi yaşamaq üçün dəzgahlar arasında gəzintiyə çıxa bilərsiniz!
 
Tire, İzmir
 
Türkiyənin ən əhəmiyyətli ənənəvi kənd təsərrüfatı istehsal mərkəzlərindən biri olan Tire rayonu bazarı ilə məşhurdur. Burada sənətkarlıq məhsulları, zeytun yağları, tərəvəz və meyvə çeşidləri, mətbəx əşyaları tapa bilərsiniz. Hər həftənin çərşənbə axşamı qurulan bazara baş çəksəniz mütləq məşhur Tire küftəsini və əfsanəvi qara tutlu və kəsmikli deserti dadmalısınız. Bir sözlə ifadə etsək – çox ləzzətlidir.
 
Ekoloji bazarlar
 
2006-cı ildən Türkiyədə fəaliyyət göstərən orqanik bazarlar  ekoloji və mədəni dayanıqlılığa töhfə verməklə yanaşı, minlərlə insanın üzvi qidaya çıxışını da təmin edir. Buğda Dərnəyinin "100% Ekoloji Bazarlar” layihəsi çərçivəsində fəaliyyət göstərən bazarlar İstanbulda Bakırköy və Şişlidə, Kayseridə isə İzmit, Kartal və Kocasinanda qurulur.
 
Yer kürəsi bazarları
 
Slow Food Bioloji Müxtəliflik Vəqfi tərəfindən yaxşı, təmiz və ədalətli qidaya daha sağlam çıxış təmin etmək məqsədi ilə açılan beynəlxalq Yer kürəsi Bazarı şəbəkəsində Türkiyədən dörd bazar var: Tarsus, Şile, Gökçeada və Foça.
 
Türkiyədəki Yeryüzu Bazarıları iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmağa, toxum köklərini qorumağa, üzvi kənd təsərrüfatını təşviq etməyə və qastronomik təchizat zəncirini gücləndirməyə kömək edir.
 
Slow Food
 
Türkiyədəki Slow Food hərəkatı insanları tamamilə yerli inqrediyentlərlə yemək hazırlamağa və eləcə də yemək hazırlamağa vaxt ayırmağa təşviq edir. Eyni zamanda sürətli istehlak nəticəsində getdikcə daha çox məhv edilən mədəniyyətləri və irsi qorumaq məqsədi daşıyır. Seçdiyimiz yeməyin necə yetişdirilməsinə, istehsalına və paylanmasına kollektiv şəkildə təsir edərək dünyanı  birlikdə dəyişə bilərik!
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin