Dünya
22.04.2023 / 10:14
Bank sektorunda vəziyyət sabitləşib - ABŞ-ın maliyyə naziri
28044
Son həftələrdə ABŞ-ın bank sektorunda vəziyyət sabitləşib.
Valyuta.Az xəbər verir ki, bu bəyanatla cümə günü ABŞ-ın maliyyə naziri Canet Yellen çıxış edib.
“Ötən ay hökumət iki regional bank institutunun iflasa uğramasının nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər gördü. Məqsədimiz ciddi “yoluxma” riskini azaltmaq, o cümlədən bank sistemini, iqtisadiyyatı daha geniş miqyasda qorumaq idi. Son bir neçə həftə ərzində vəziyyət sabitləşdi”, - deyə o qeyd edib.
Eyni zamanda o, etiraf edib ki, ABŞ administrasiyası hələ də bank sektorunda baş verənləri izləyir. “Əlbəttə, biz ayıq-sayıq qalmaqda davam edirik və vəziyyəti diqqətlə izləyirik”, - deyə Maliyyə Nazirliyinin rəhbəri bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay