Qazaxıstanın Azərbaycan vasitəsi ilə satdığı neftin həcmi açıqlandı
Ukraynaya hərbi müdaxilə ilə əlaqədar tətbiq edilən kütləvi sanksiyalar fonunda Qazaxıstan Rusiyadan yan keçərək neft ixracını artırmağa davam edir.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, ilin birinci rübün yekunlarına əsasən, Qazaxıstan neft şirkətləri Transxəzər dəniz marşrutu ilə - Aktau limanından Bakıya qədər xarici bazarlara 163,4 min ton neft tədarük edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstan üçün ənənəvi olan Novorossiysk limanından yan keçməklə ixrac 6 dəfə artıb.
Rusiya Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ixrac terminalının yerləşdiyi Qara dəniz vasitəsilə Qazaxıstan neftinin ixracını ekoloji risklər və İkinci Dünya müharibəsi mədənlərinin axtarışını əsas gətirərək dəfələrlə əngəlləyib.
İndi CPC terminalı normal işləyir, lakin Qazaxıstan şirkətləri xammalı Rusiya limanları vasitəsilə satmağa qorxurlar. Çünki bu, sanksiyaların pozulması olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay