Tramp sosial mediadan cəmi 200 dollar qazanıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə başa çatan prezidentlik müddətindən sonrakı gəlirləri ilə bağlı ilk dəfə açıqlama yayıb.
Qaynarinfo xarici müdiaya istinadən xəbər verir, yayımlanan sənədlərə görə, Tramp 99 dollara başa gələn və kovboy, astronavt və döyüş pilotu kimi müxtəlif maskalarda özünü göstərən NFT kartlarının satışından 100 min ilə 1 milyon dollar arasında gəlir əldə edib.
Çıxışlarına görə 5 milyon dollar alan Tramp "Twitter"dən qovulduqdan sonra qurduğu şəxsi sosial media şirkəti "Truth Social"dan cəmi 200 dollar qazana bilib. Daha əvvəl Amerika mətbuatında "Truth Social"ın gözlənilən diqqəti görmədiyi və daim pul itirdiyi bildirilirdi.
Tramp həmçinin Omanda 4 milyard dollarlıq qolf və daşınmaz əmlak layihəsi hazırlamaq üçün Səudiyyə Ərəbistanının daşınmaz əmlak şirkəti ilə əməkdaşlıq edib. O, bu sövdələşmədən 5 milyon dollar qonorar alıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay