"Forbes" dünyanın ən zəngin adamını açıqladı
"Forbes" 2023 Milyarderlərin siyahısını açıqlayıb.
BAKU.WS-in xəbərinə görə, siyahısında birinci yeri LVMH qrupunun ("Christian Dior", "Louis Vuitton", "Moet & Chandon" brendləri) sahibi Bernar Arno tutur. Sahibkarın və ailəsinin sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyard) qiymətləndirilir. 2022-ci ildə böhrandan sonra fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder olub.
İlk dəfə olaraq Fransa vətəndaşı "Forbes" reytinqində birinci yerdədir.
İkinci yerdə ötənilki reytinqin lideri, 180 milyard dollar sərvəti ilə "Tesla" şirkətinin rəhbəri, "SpaceX"in yaradıcısı və tvitter sosial şəbəkəsinin sahibi İlon Mask qərarlaşıb. İl ərzində səhmlərin azalması və faizlərin artması səbəbindən Mask təxminən 40 milyard dollar itirib.
Siyahıda üçüncü yerdə "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb. Onun sərvəti 2021-ci ildəki 171 milyard dollardan 2022-ci ildə 114 milyard dollara düşüb.
Siyahıda 4-cü yerdə 112,3 milyard dollar sərvətlə "Oracle" şirkətinin amerikalı həmtəsisçisi Larri Ellison qərarlaşıb.
Siyahıda 5-ci yeri isə 106,4 milyard dollar sərvətlə iqtisadiyyatın müxtəlif sektorlarından (batareya istehsalından fast food şəbəkələrinə qədər) onlarla yüksək gəlirli şirkətlərə sahib olan Berkshire Hathaway investisiya konqlomeratının rəhbəri Uorren Baffet tutur.
"Microsoft"un qurucusu Bill Qeyts 104 milyard sərvətlə (keçən il 129 milyard idi) dördüncü yerdən altıncı yerə düşüb.
LʼOreal ətir imperiyasının əsas varislərindən biri Fransuaza Bettencourt-Meyers 80,7 milyard dollar sərvətlə ilk onluğa daxil olan yeganə qadındır.
"Forbes"in hesablamalarına görə, milyarderlərin ümumi sərvəti 12,2 trilyon dollardır.
Qeyd olunur ki,ötən ilin mart ayı ilə müqayisədə bu rəqəm 500 milyard azalıb.
"Bloomberg Billionaires Index"ə görə dünyanın ən zəngin milyarderlərinin reytinqi "Forbes" siyahısından bir qədər fərqlidir.
Belə ki, Bill Qeyts dördüncü yerdə, Larri Ellison isə altıncı yerdə qərarlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay