Dünya
19.02.2023 / 16:50
Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı
26811
Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib.
Valyuta.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.
Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay