BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
26772

“Zəlzələ nəticəsində Türkiyəyə dəyən zərərin minimum həcmi 73.049 milyard dollar olacağı təxmin edilir”.

Bunu Teleqraf.com-a açıqlamasında türkiyəli professor Mustafa Yıldıran deyib.

İqtisadçı qeyd edib ki, zəlzələnin mənəvi qiyməti heç bir şəkildə hesablana bilməz: “Zəlzələ nəticəsində bölgə üçün böyük iqtisadi itkilər meydana gəlib. Bu təbii fəlakətin iqtisadi nəticələri də qiymətləndirilməlidir. Çünki yenidənqurma və iqtisadi itkilərin kompensasiyası üçün hesablamalar vacib olacaq.

Birincisi 7,7, ikincisi isə 7,6 bal gücündə olan iki böyük zəlzələdə Kahramanmaraş, Hatay, Adıyaman, Osmaniyə, Kilis, Adana, Qaziantəp, Şanlıurfa, Malatya və Diyarbəkir bölgələrində böyük dağıntılar oldu. Daha dəqiq hesablama inventar məlumatlarının və itkilərin aşkarlanması hesabatları ilə mümkündür. Bu hesabatlar ortaya çıxandan sonra zəlzələnin xərcləri ilə bağlı işlərin reallığı da asanlaşacaq.

Zəlzələdən zərər çəkmiş 10 vilayətin iqtisadiyyatdakı payı 8,9% təşkil edir. Xüsusilə Qaziantəp, Osmaniyə və Kahramanmaraş bölgənin və Yaxın Şərqin əhəmiyyətli sənaye mərkəzləridir. Zəlzələdə İskəndərun limanı, dəmir yolları, avtomobil yolları, şəhər infrastrukturları və hava limanları da ciddi ziyan görüb. Ona görə də faktiki xərclərin hesablanmasında mühəndis-texniki hesablamalar da aparılmalıdır. Çünki yollarda istifadə olunan materiallar və texniki xüsusiyyətlər haqqında məlumatlar ancaq sahə üzrə mütəxəssislərin hesabına ölçülə bilər.

Bundan əlavə, Malatya, Hatay, Osmaniyə, Kilis, Qaziantəp, Şanlıurfa və Kahramanmaraş Türkiyənin kənd təsərrüfatının əhəmiyyətli mərkəzləridir. Kənd təsərrüfatı sektoruna əsaslanan sənaye, qastronomiya, turizm və logistika baxımından da böyük itkilər var. Zəlzələnin iqtisadi təsirlərini dəqiq ölçmək üçün ən azı 2023-cü ilin statistikasının dərc olunması gözlənilməlidir. Bununla belə, zəlzələnin təxmini dəyəri ilə bağlı nəticə çıxarmaq da qarşılaşdığımız problemin miqyasını anlamaq baxımından əhəmiyyətli olacaq.

İqtisadiyyat üzrə zəlzələnin hesablanmasında mühasibat uçotu metodları, ekonometrik və ssenari təhlili kimi üsullardan istifadə etmək mümkündür. Maddi zərərin hesablanmasında binalar, müxtəlif qurğular və nəqliyyat vasitələri kimi aktivlər üçün birbaşa xərclər hesablana bilər. Amma daha vacib alternativ xərclər ümumi daxili məhsuldakı (ÜDM) itkiləri hesablamaqla mümkün olacaq. Əvəzetmə və alternativ xərclərin cəmi dolayı xərcləri verəcəkdir. Bu hesablama götürülən meyarlara görə dəyişəcək. Çünki təxmini vahidlər və dəyərlər də hesablamaların nəticələrinə təsir göstərir”.

Zəlzələnin ehtimal xərcləri

Mustafa Yıldıran zəlzələdə dəyən zərərlə bağlı ilkin hesablamanın beynəlxalq qurumlar tərəfindən aparıldığına diqqət çəkib: “Qiymətləndirmə agentliyi “Fitch Ratings” hesablamalarına əsasən, sığorta şirkətləri minimum 2-4 milyard dollar itirəcək. Binalara, nəqliyyat vasitələrinə və müxtəlif qurğulara dəymiş zərər açıqlanana qədər bu hesabın yekunlaşdırılması mümkün deyil.

Bizim hesablamalarımıza görə, binalara dəymiş maddi zərərin həcmi 4,5 milyard dollar civarında olacaq. Müxtəlif avadanlıqlar və nəqliyyat vasitələri də daxil olmaqla, mümkün itkilərin ümumi məbləği təxminən 12,3 milyard dollar ola bilər. İnvestisiya müddəti nəzərə alınmaqla yenilənmə xərclərinin 22,1 milyard dollar ətrafında olacağı ehtimal edilir, buraya inflyasiya artımı və faiz xərcləri də daxildir.

Ən çətin qiymətləndirmə isə milli gəlir itkiləridir. İllik istehsalın yarısının dayanacağı fərziyyəsinə əsaslansaq, burada təxminən 39 milyard dollar itki mümkündür.

Ümumi xərclər isə minimum 73 milyard dollar kimi hesablana bilər. 2023-cü ildə ehtimal olunan zəlzələ xərclərinin milli gəlirə nisbəti 9%-ə yaxın praqnozlaşdırılır. Bu hesablamada insan kapitalının məhsuldarlığı, mümkün miqrasiya nəticəsində yaranan əmək itkiləri, infrastruktur və nəqliyyat xərcləri olmadığı üçün bu, təxmin üçün minimum dəyər kimi nəzərə alınmalıdır”.

"Dövlət və cəmiyyət olaraq zəlzələnin məhv etdiyi insani və iqtisadi gücümüzü bərpa etməmək üçün zəlzələlərə qarşı tədbir alan bir millət olmalıyıq. Allah ölkəmizi bəlalardan qorusun!”, - deyə sonda professor fikirlərinə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin