Kanadalı professor: “Belə bir zəlzələ proqnozlaşdırılmırdı”
Kanadanın Viktoriya Universitetinin yer və okean elmləri fakultəsinin professoru Edvin Nissen Kahramanmaraş mərkəzli zəlzələlərlə ilə bağlı açıqlama verib.
Valyuta.az xəbər verir ki, Edvin Nissen Türkiyədə baş verən təbii fəlakətin bir çox seysmoloqun gözləmədiyi böyük bir zəlzələ olduğunu bildirib.
Professor keçmişdə Şərqi Anadolu qırılma xəttində baş verən zəlzələlərin 6.8-7 bal civarında olduğunu qeyd edib: "Əslində 6,8 bal gücündə olan zəlzələ meydana gələn enerji baxımından 7,8 bal gücündəki zəlzələdən 30 dəfə zəifdir. 7,8 və 6,8 bal gücündəki zəlzələlər arasında böyük fərq var. Bu bir çox seysmoloqun gözləmədiyi böyük bir zəlzələdir".
Türkiyənin 1000 illik zəngin bir tarixə malik olduğunu və 100 il əvvələ gedən böyük zəlzələ qeydlərinin olduğunu bildirən Nissen bu qırılma xəttində heç kimin 7,8 bal gücündə zəlzələ olacağını gözləmədiyini bildirib.
Nissen Şərqi Anadolu qırılma xəttində 7 bal gücündəki böyük zəlzələlərin 20-ci əsrdə və ondan əvvəl baş verə biləcəyini, bu zəlzələnin tamamilə gözlənilməz olmasa da, təəccüblü olduğunu vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay