Osmaniyədə zəlzələ zamanı dağ silkələnib - ANBAAN GÖRÜNTÜ
Mərkəzi Kahramanmaraş olan zəlzələdən Zərər çəkmiş Türkiyənin Osmaniyə şəhərində hadisə anında dağın silkələndiyi görünür. Anbaan qeydə alınan görüntülər zəlzələnin böyüklüyünü bir daha ortaya qoyub.
Böyük fəlakətin izlərini silmək üçün mübarizə davam edir. Zəlzələnin üzərindən 8 gün keçir, dağıntılar minlərlə vətəndaşın həyatına son qoyub.
Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Şəhərlərdə böyük dağıntılar yaşanarkən xilasedicilər daha bir insanı sağ qurtarmaq ümidi ilə işlərini sürətləndirirlər.
Digər tərəfdən, hər keçən gün böyük zəlzələ anı ilə bağlı yeni bir görüntü ortaya çıxır.
Bu dəfə maraqlı görüntü Osmaniyə şəhərindəndir.
Osmaniyədə saat 04.17-də baş verən zəlzələ zamanı yerin və dağın silkələndiyi anlar zəlzələnin böyüklüyünü bir daha ortaya qoyub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay