Dünya
02.12.2022 / 15:40
Dünyanın ən bahalı şəhərləri (SİYAHI)
25549
Dünyanın ən bahalı şəhərlərinin adları məlum olub.
Lent.az xəbər verir ki, "Economist Intelligence Unit" saytının araşdırmasına əsasən, birincilikdə ABŞ-ın Nyu-York şəhəri və Sinqapur qərarlaşıb.
İkinci yerdə isə İsrailin Tel-Əviv şəhəri tutub. Həmin şəhər 2021-ci ildə siyahının birinci yerində olub.
Çinin Honq-Konq şəhəri dünyanın üçüncü ən bahalı şəhəridir. Bundan başqa, ilk onluqda Los-Anceles (ABŞ), Sürix (İsveçrə), Cenevrə (İsveçrə), San-Fransisko (ABŞ), Paris (Fransa), Kopenhagen (Danimarka) və Sidney (Avstraliya) şəhərləri qərarlaşıb.
Qeyd edək ki, 172-ci yeri Suriyanın paytaxtı Dəməşq şəhəri tutub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay