BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
25511

Müxtəlif səbəblərdən adlarını dəyişdirən ölkələr siyahısı: Azərbaycan üçün də təklif var

Torpaq bölgüsü, müharibələr, hökumət dəyişiklikləri və ya müstəqillik arzusu. Ölkələr müxtəlif səbəblərdən öz adlarını dəyişməyə qərar verə bilər. Bəzi ölkələr illər əvvəl, bəziləri yaxın keçmişdə adlarını dəyişib.

Amma bir ölkənin adının dəyişdirilməsi prosesi o qədər də asan proses deyil. Lakin bütün çətinliklərə baxmayaraq, bir çox ölkələr adlarını dəyişməyə qərar verərək bunu həyata keçirib.

AZXEBER.COM müxtəlif səbəblərdən adlarını dəyişdirən ölkələr haqda araşdırma edib.

1. Hollandiya - Niderland
Marketinq addımı olaraq hökumət 2020-ci ilin yanvar ayından etibarən Hollandiya əvəzinə Niderland adından istifadə etməyə qərar verdi. Bu dəyişikliyin əsas səbəbi ölkəni daha əhatəli və açıq ölkə kimi təqdim etməkdir.

2. Seylon – Şri-Lanka
1505-ci ildə portuqallar tərəfindən kəşf edilən Seylon 2011-ci ildən Şri-Lanka kimi tanınır.

3. Makedoniya Respublikası – Şimali Makedoniya
2019-cu ildə bu dəyişikliyin əsas səbəbi NATO-nun bir hissəsi olmaq və Makedoniya adlı bölgəyə malik qonşu ölkə olan Yunanıstanı tərk etmək idi.

4. Çexiya - Çex Respublikası
20 ildir müzakirə edilən bu dəyişiklik nəhayət 2016-cı ilin aprelində baş tutdu. Hakimiyyət ölkənin tələffüzünü asanlaşdırmaq üçün belə bir dəyişikliyə əl atıb.

5. Svazilend - Esvatini
2018-ci ildə Svazilend kralı ölkənin adının Esvatini olaraq dəyişdiriləcəyini elan edən bir bəyanat verdi. İnsanlar təəccüblənmədilər, çünki onlar artıq bu addan istifadə edirlər. Təbii ki, ölkənin köhnə adının İsveçrəyə bənzəməsi başqa problem idi.

6. Persia - İran
1935-ci ildə Persia ölkənin adını İran olaraq dəyişdirdi. 1979-cu ildə İranda Ayətullah Xomeyninin rəhbərlik etdiyi islam inqilabı baş verdi, bu zaman monarxiya devrildi və İran İslam Respublikası elan edildi.

7. Alto Volta – Burkina Faso
Müstəqilliyinin iyirminci ildönümünü qeyd etmək üçün Alto Volta Respublikası adını yerli dildə bütün insanların torpağı mənasını verən Burkina Faso olaraq dəyişdirdi.

8. Birma - Myanma
1989-cu ildə baş verən bu dəyişiklik bu gün də tam başa çatmayıb. Dünyanın bəzi yerləri bu Asiya ölkəsini nəzərdə tutanda Birma deməyi təkid edirlər.

9. Siam – Tayland
1939-cu ildə baş verən bu dəyişikliyi həmin dövrün şahı həyata keçirib. Tayland yerli dildə azad insanların ölkəsi deməkdir.

10. Alman Cənubi Qərbi Afrika - Namibiya
Ölkə Almaniyadan müstəqil olduqdan sonra Namibiya adını aldı. Bir müddət sonra alman şəhər və rayon adları da dəyişdirildi. Camaat köhnə adlarla tanış olduğu üçün bu dəyişiklikləri birmənalı qarşılamadı.

11. Kabo Verde – Kabo Verde Respublikası
2013-cü ildə edilən bu dəyişiklik 1444-cü ildə adaları kəşf edən portuqaliyalı dənizçilərdən ilhamlanıb. Çünki adaları Kabo Verde adlandırıblar.

12. İrlandiya Azad Dövləti - İrlandiya
1937-ci ildə Böyük Britaniya ilə bütün əlaqələrini kəsmək istəyən İrlandiya Azad Dövləti adını İrlandiya olaraq dəyişdirdi.

Siyahıdakı ölkələrin bir çoxu keçmişlərini silmək və ya həqiqi şəxsiyyətlərinə yaxınlaşmaq üçün adlarını dəyişib, digərləri, məsələn, bunu turizmi inkişaf etdirmək üçün ediblər. Hər bir ölkə adını dəyişmək üçün milyonlarla dollar xərcləyib.

Qeyd edək ki, ötən gün Milli Məclisdə deputat Qüdrət Həsənquliyev Azərbaycanın adının dəyişdirilməsini təklif etdi. Deputat bildirdi ki, Azərbaycanın adı Şimali Azərbaycan olmalıdır. O, bunu Azərbaycan Respublikasının Bütöv Azərbaycanın cəmi 20 faizini təşkil etməsi ilə əlaqələndirdi.

Deputatın bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə deputatı dəstəkləyənlər də, bu fikrə əks olanlar da oldu. Qüdrət Həsənquliyevin həmkarlarından deputat Aqil Abbas AZXEBER.COM-a açıqlamasında bu təkliflə razılaşdığını, Qüdrət Həsənquliyevi dəstəklədiyini bildirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin