Rusiyada gecə klubu yanan azərbaycanlı deputat saxlanıldı
Kostromada təhlükəsizlik qüvvələri yanan “Poliqon” gecə klubunun sahibi İxtyar Mirzəyevi ölümcül yanğınla bağlı saxlayıb.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, hazırda polis onun barəsində araşdırma aparır. Yaxın vaxtlarda onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Noyabrın 5-nə keçən gecə Kostromada regional Dumanın deputatı İxtiyar Mirzəyevə məxsus “Poliqon” gecə klubu yandırılıb, 13 nəfər ölüb.
İstintaq Komitəsinin vilayət üzrə idarəsi iki və ya daha çox şəxsin səhlənkarlıqla ölümünə səbəb olan maddə ilə cinayət işi açıb.
Qeyd edək ki, Sverdlovsk rayon Məhkəməsi Kostromada azərbaycanlı deputat İxtiyar Mirzəyevə məxsus yanan "Poliqon" gecə klubunun işini təşkil edən “İmperiya” şirkətinin direktoru Natalya Belenorova iki ay müddətinə həbs edib.
Qadın Rusiya Cinayət Məcəlləsinin 3-ci maddəsinin 238-cü hissəsi ilə "təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi haqqında"cinayət işində şübhəli bilinir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay