Məşhur iş adamının təyyarəsi qəzaya uğradı, cəsədləri dənizdə tapıldı (FOTOLAR)
Dünyanın bir çox ölkəsində filialları olan "McFit fitnes" mərkəzlərinin dünyaca məşhur sahibi, milyarder Rayner Şalleri daşıyan təyyarə Kosta Rikada qəzaya uğrayıb.
Valyuta.az xəbər verir ki, qəzaya uğrayan təyyarəd Rayner Şallerin sevgilisi və iki övladı da olub.
“El Observador” nəşrinin Kosta-Rika İctimai Təhlükəsizlik Nazirliyinə istinadən yaydığı məlumata görə, Rayner Şaller və ailə üzvlərinin olduğu təyyarənin qalıqları Kosta-Rika sahillərində tapılıb.
Səhər saatlarında dənizdə iki cəsədin tapıldığı da açıqlanarkən, cəsədlərin Şallerin təyyarəsinin düşdüyü bölgədə aşkarlandığı bildirilib. Kosta-Rika ictimai təhlükəsizlik nazirinin müavini Martin Arias dənizdə tapılan qalıqların qəzaya uğrayan təyyarəyə aid ola bilmə ehtimalından danışıb.
Dünyanın ən böyük fitness zəncirlərindən biri olan "McFit" tərəfindən verilən ilk açıqlamada qəzanın baş verdiyi təsdiqlənsə də, təfərrüatlar açıqlanmayıb.
Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələ də qeyri-müəyyən olsa da, saat 01:14-də təyyarənin texniki problemlərlə üzləşdiyi iddia edilib. Almaniyanın “Bild” qəzeti Şallerin sonuncu dəfə saat 01:45-də "Whatsapp"da onlayn olduğunu yazıb. Qəzanın dərhal sonra baş verdiyi bildirilib.
Qeyd edək ki, oktyabrın 22-də Meksikadan Kosta-Rikaya uçan təyyarə radarlardan itib. Qəzaya pis hava şəraitinin səbəb olduğu ehtimal edilir. Milyarderin şəxsi təyyarəsində sevgilisi Kristiana Şikorski, onların uşaqları Aron və Fin, eyni zamanda Markus Kurrek adlı bir şəxs də olub.
Rayner Şallerin "McFit" firmasının Avropada 257 filialı var və dünyanın ən böyük fitness şirkətləri arasındadır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay