Sabah Rusiya Ukraynanın bu ərazilərini özünə birləşdirəcək
Sentyabrın 30-da, cümə günü, saat 15:00-da Kremldə yeni ərazilərin Rusiya Federasiyasına birləşməsi haqqında müqavilələrin imzalanma mərasimi keçiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, referendumların keçirildiyi hər dörd ərazi ilə müqavilələr imzalanacaq.
"Dördü də, referendum keçirmiş və Rusiya tərəfinə müvafiq müraciət etmiş bütün ərazilər”, - Kreml sözçüsü izah edib.
Həmçinin, dövlət başçısı Vladimir Putinin "həcmli çıxışı” gözlənilir.
"Bu, Prezidentin Federal Şuraya müraciət deyil, çaşdırmamaq çox vacibdir. Bu, başqa formatdır, prezidentin müraciəti daha sonra olacaq, biz bu barədə vaxtında məlumat verəcəyik”, - Peskov vurğulayıb.
O əlavə edib ki, Putin Kremldə "Donetsk və Luqansk Xalq Respublikaları”nın, həmçinin Zaporojye və Xerson vilayətlərinin "rəhbərləri” ilə görüşəcək.
Qondarma "DXR”, "LXR” rəhbərlərinin və Xerson və Zaporojye vilayətlərinin "rəhbərliyinin” Putinlə görüşünün nəzərdə tutulması faktını Xerson vilayətinin rusiyapərəst administrasiyası "rəhbərinin” müavini Kiril Stremousov da bildirib.
"Prezidentlə görüş, əlbəttə ki, planlaşdırılır... Bu görüşlərdən çox şey asılıdır və düşünürəm ki, biz artıq Rusiya Federasiyasının tam hüquqlu tərkib hissəsi kimi buradan ayrılacağıq", - o, Solovyov Live-in efirində deyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay