BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
23937
İqtisadiyyatı ağır durumda olan Rusiya onu gözləyən ağır böhrandan yaxa qurtarmaq üçün müxtəlif addımlara əl atır. Rusiya gah mavi yanacağını yalnız rublla satacağını bəyan edir, gah da özünə dost saydığı ölkələrlə ticarəti milli valyuta ilə aparmaq niyyətini ortaya qoyur. Lakin bütün bu çabalar ölkəni uçurumdan xilas etmədiyindən Rusiya indi də kriptovalyutalarla ticarətə üstünlük verəcəyini bildirib. 
 
Şimal ölkəsinin maliyyə nazirinin müavini Aleksey Moiseyev bildirib ki, Maliyyə Nazirliyi və Mərkəzi Bank mövqelərini razılaşdırıb və beynəlxalq ödənişlər üçün "kripto”dan istifadənin leqallaşdırılması qərarna gəliblər. 
 
"Həm bizə, həm də Mərkəzi Banka artıq aydındır ki, indiki şəraitdə biz kriptovalyutada transsərhəd hesablaşmalar olmadan vəziyyətdən çıxa bilmərik”, deyə nazir müavini "Rossiya 24” telekanalına müsahibəsində bildirib.
 
Amma Moiseyevin sözlərinə görə, Mərkəzi Bankla Maliyyə Nazirliyi arasında fikir ayrılığı yalnız tənzimləmə məsələlərində qalıb: Məmurlar kriptovalyuta ilə ödənişlərə nəzarət etmək istəyirlər ki, "pulların yuyulması, narkotiklərə görə ödənişlər olmasın”.
 
Maliyyə Nazirliyi rusiyalılara pasportla və Mərkəzi Bankın nəzarəti altında kriptovalyuta pulqabı açmağı təklif edir. Moiseyev qeyd edib ki, payıza doğru mayninq haqqında qanun qəbul edilə bilər.
 
Qaynarinfo-ya açıqlamasında Rusiyanın kriptovalyutadan istifadəyə keçmək niyyətini dəyərləndirən "Liberal iqtisadçılar” mərkəzinin sədri Akif Nəsirli bu addımın real nəticələr verəcəyinə o qədər də inanmır. Amma bununla belə, düşünür ki, həmin addım baş tutarsa, Rusiya bir sıra problemlərini həll etməyə nail olacaq:
 
 
"Rusiya əvvəlki dövrdə istəyib ki, digər ölkələr aldığı məhsulun pulunu rublla ödəsin. Lakin digər ölkələr bununla razılaşmayıb. Çünki rublla vəsait ödəyən ölkə və sahibkar xeyli əziyyət çəkir, həm də müəyyən itkilərə məruz qalır. Əvəzində isə Rusiya divident əldə edir. Yəni rublla ticarətdə hər iki tərəf deyil, yalnız bir tərəf qazanır. Nəticədə belə əqdlər Rusiya ilə əlaqələrin səviyyəsinin azalmasına gətirib çıxarır. 
 
Artıq Rusiya əvəzinə alternativ əlaqələr qurmaq imkanında olan sahibkarlar bu ölkədən imtina edir. Moskva da bunun qarşısnı almaq üçün variantlar axtarır ki, onlardan biri də kriptovalyutalarla əqdlərin həyata keçirilməsidir. Bu addım həm innovatik baxımından irəliləyişdir, həm də müasir tələblərə cavab verən qarşılıqlı tədavül vasitəsidir. Bundan istifadə edərək, Moskva onunla əlaqə qurmaqdan imtina edən və alternativ axtaran sahibkarların axtarışları dayandıraraq, onların Rusiya şirkərlərilə əlaqələrinin davam etdirilməsinə çalışır. Amma məsələ ondadır ki, onun realizasiyası bir qədər çətindir. Burada intelektual bilgi ortaya qoyulmalı, mütəxəssislər olmalıdır. Hansı kriptovalyutadan istifadənin səmərəli olduğu müəyyənləşdirilməlidir. Lakin indiki vəziyyətdə Rusiyadan xaricə beyin axını güclənib. Bu baxımdan Rusiyanın kriptovalyuta üzərindən tədavül etmək cəhdləri baş tutmaya bilər. Baş tutsa, bu Rusiya üçün bir sıra problemlərini həll etməyə qadir bir variantdır”. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Uzunmüddətli əmanətlərin həcmi sürətlə artır - SƏBƏB

Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq

Bankların kredit portfeli 27 milyardı keçdi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin