Dünya
17.08.2022 / 13:23
ABŞ FES-in yeni qərarları öncəsi qızıl cüzi bahalaşıb
23649
Ardıcıl 2 gün ucuzlaşmadan sonra qızılın qiyməti korreksiya çərçivəsində yüksəlib.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,06% və ya 1,15 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 790,85 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,15% artaraq 1 unsiyası 20,115 ABŞ dolları təşkil edib.
Qızılın ardıcıl 2 gün ucuzlaşması ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) gələcək addımları ilə əlaqələndirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay