Dünya
22.07.2022 / 17:07
Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalandı
23160
Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
Valyuta.az xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib.
Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.
Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq.
Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay