BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
22933

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 nömrəli məktəbin bərpası prosesində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin Mətbuat Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, bundan əlavə, Zərifə Əliyeva adına Dostluq parkının abadlaşdırılması istiqamətində də bir sıra işlər görüləcək.

“SOCAR İrpen şəhərinə kömək əlini uzadıb. 12 saylı məktəbin təmirini və Zərifə Əliyeva adına parkın su təchizatını maliyyələşdirəcəyik”, - SOCAR-ın yanacaqdoldurma məntəqələri şəbəkəsinin direktoru İqor Orlov bildirib.

İrpen şəhərinin meri Aleksandr Markuşinin sözlərinə görə, bir çox evlərin, məktəb və uşaq bağçalarının yenidən qurulmasına ehtiyac var: “Bunun üçün çoxlu vəsait və yardım lazımdır”.

“İrpen müxtəlif biznes sahələrində fəaliyyət göstərən bütün müəssisələri şəhərimizin bərpasına qoşulmağa çağırır, sizə müəssisələrinizin adının ömür boyu bizim İrpenin tarixində qalmasını təklif edirik”, - İrpenin İnvestisiya Şurasının rəhbəri Vladimir Karplyuk bildirib.

Xatırladaq ki, SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. 2009-cu ildə şirkət Odessa və Nikolayev vilayətlərində “Tala-Neft” şəbəkəsinin 20-yə yaxın yanacaqdoldurma məntəqəsini, həmçinin Odessa vilayətindəki iri “Rassvet” neft bazasını satın alıb. 2010-2011-ci illərdə isə ONIO (Kiyev və vilayətdə dörd yanacaqdoldurma məntəqəsi) və GFC (Lvov vilayəti) yanacaqdoldurma şəbəkələrinə nəzarəti ələ keçirib.

2012-ci ilin avqustunda SOCAR Ukraynanın Antiinhisar Komitəsindən “Kalina” qrupunun 26 yanacaqdoldurma məntəqəsi və bir neft bazasını almaq üçün icazə alıb. Şəbəkə Ukraynada 57 yanacaqdoldurma məntəqəsini, o cümlədən iki neft bunkerini - Kiyevdə “Bakı-1” və Odessada “Gəncə”ni idarə edir. 2016-cı ilin sonundan şirkət Ukraynada təbii qaz ticarəti ilə də məşğuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin