Boris Conson baş nazir postundan gedəndən sonra milyonlar qazanacaq
Böyük Britaniyanın baş naziri postunu tərk etdikdən sonra Boris Consonun öz gəlirlərini əhəmiyyətli şəkildə artırmaq imkanı yaranacaq. “The Times”in onun bioqrafı Endryu Qrimsona istinadən yaydığı məlumata görə, Conson bunu dünya boyunca mühazirələr söyləmək və kitab yazmaqla qazanacaq.
B.Consondan əvvəlki baş nazir Tereza Mey (2016-2019) korporativ tədbirlərdə çıxışlarına görə çox yüksək qonorarlar alırdı. O, son 3 ildə bu fəaiyyətindən 2,1 milyon funt-sterlinq, yaxud 2,5 milyon dollar qazanc əldə edib.
2019-cu ildə Borisin özü 2016-2019-cu illərdə tutduğu xarici işlər naziri postundan gedəndən sonra Hindistanda etdiyi bir çıxışına görə 122,9 min funt-sterlinq gəlir əldə etmişdi. Buna qədərsə o, “The Daily Telegraph” qəzetinin şərhçisi kimi illik 275 min funt-sterlinq qazanırdı. 2015-ci ildə Conson “Hodder & Stoughton” nəşriyyatından məşhur ingilis yazıçısı Şekspirin bioqrafiyası olan “Şekspir: dahiliyin izahı” adlı kitaba görə 88 min funt avans almışdı. Kitabın 2016-cı ildə - Şekspirin 400 iliiyi vaxtı nəşr olunması nəzərdə tutulurdu. Lakin Consonun xarici işlər naziri təyin olunması səbəbilə nəşriyyat nəşrin gecikməsinə razılıq verib. Bu kitaba görə Boris ümumilikdə 595 min funt-sterlinq qazanıb. Kitabın tamamlanması isə koronavirus pandemiyası dövründə mümkün olub. Boris keçmiş arvadı – krallıq vəkili Marina Uillerdən bahalı boşanma prosesində əlavə gəlirə ehtiyac duyduğuna görə pandemiya məhdudiyyətlərinə görə yaranan vaxtdan səmərəli istifadə edərək onu tamamlayıb.
Qeyd edək ki, Borisin “Hodder & Stoughton”da 2014-cü ildə nəşr olunan bundan əvvəlki əsəri – “Çörçill faktoru: bir insan necə tarix yaratdı” bioqrafik kitabı bestsellerə çevrilmişdi.//musavat.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay