Dünya
04.06.2022 / 12:12
Rusiyalı milyarderin şirkəti cəmi 1 funt-sterlinqə satılacaq
22260
Rusiyalı biznesmen Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekomunikasiya qrupu iki avropalı sahibkara cəmi 1 funt sterlinqə satılacaq.
Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə istinadən xəbər verir.
Müqavilənin bu ay bağlanacağı ehtimal olunur.
“Truphone”nun satılması barədə qərar Böyük Britaniya hakimiyyəti tərəfindən Abramoviçə qarşı tətbiq olunan sanksiyalarla bağlıdır. Qeyd olunur ki, ona şirkət səhmlərinin 23%-i məxsusdur. Qalan səhmlərin böyük hissəsi onun “Evraz” dağ-metallurgiya şirkəti üzrə tərəfdaşları Aleksandr Abramov və Aleksandr Frolova məxsusdur.
Şirkətin yeni sahibləri isə biznesmenlər Hakan Koç və Pirros Kussios olacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay