G-7 Ukraynaya 24 milyard dollar ayırdı
“Böyük yeddilik” (“G-7”) ölkələri 2022 və 2023-cü illər üçün Ukraynaya əlavə dəstək məqsədi ilə 24 milyard dollardan artıq maliyyə vəsaiti ayıracaq”.
Valyuta.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “G-7”liyə daxil olan ölkələrin maliyyə nazirləri yaydıqları birgə bəyanatda bildiriblər.
Bəyanatda rəsmi Kiyevə daha böyük məbləğdə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar: “Ukrayna xalqını və hakimiyyətini tərəddüd etmədən və səmimi həmrəyliklə dəstəkləyirik”.
“Böyük yeddiliyin” nazirləri “G-20”liyin, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının iştirakı ilə bu həfətə keçiriləcək beynəlxalq foruma Rusiyanın nümayəndəsinin qatılacağını təəssüf hissi ilə qeyd ediblər: “Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar Rusiya ilə adi manevrlə davranmamalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay