Ukraynada Rusiya və Belarus şirkətlərinin 2 miyardı tapıldı - Pulun aqibəti necə olacaq?
Ukrayna Milli Polisi ölkə banklarında Rusiya və Belarus şirkətlərinə məxsus 200 milyard qrivna (115 milyon 600 min manat) müəyyənləşdirib.
Valyuta.az Unian-a istinadən xəbər verir ki, bu barədə milli marafonun efirində Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Enin məlumat verib.
"Milli Polisin təşəbbüsü ilə Rusiya və ya Belarus qeydiyyatı olan, yaxud sahibləri bu ölkələri təmsil edən 7 minə yaxın şirkətə münasibətdə əlavə maliyyə nəzarətinin tətbiqinə başlanılıb. Biz əməliyyatların təhlili və aparılması üçün Milli Bankla birlikdə əlavə tövsiyələr təqdim etmişik. Bunlar xarici valyutanın Rusiya Federasiyasının ərazisinə çıxarılmasını nəzərdə tutan müqavilələrdir", deyə nazir müavini bildirib.
“Əgər banklar Milli Polisin və Milli Bankın tövsiyələrinə əməl etsələr, 200 milyard qrivnanın Rusiya Federasiyasının ərazisinə ötürülməsinə icazə verilməyəcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay