Dünya
06.04.2022 / 16:15
Maliyyə Nazirliyi: "Rusiyanı defolt gözləyir"
21073
“Rusiya mayın 4-dək borclarını dollarla ödəməzsə, onu texniki defolt gözləyir”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, xarici banklar Rusiyaya ödənişlərin rublla aparılmasına icazə vermir. Ona görə də Rusiya Maliyyə Nazirliyi kupon gəlirlərinin ödənilməsi və avrobondların geri alınması üçün rublla vəsait köçürüb.
Məlumata görə, Rusiya bu cür öhdəliklər “yerinə yetirmiş” saysa da, bir çox hallarda xarici kreditorlar rublu xarici borcun ödənilməsi üçün valyuta olaraq tanımırlar.
Qeyd edək ki, Ukraynada apardığı hərbi əməliyyatlara görə Rusiyanın maliyyə sahəsinə də sanksiya tətbiq edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay