Dünya
26.03.2022 / 19:37
Bosniya və Herseqovinanın dövlət televiziyası bağlanmaq təhlükəsi ilə üzləşib
20843
Bosniya və Herseqovinanın Dövlət Radio və Televiziyası (BHRT) maliyyə problemlərinə görə bağlanmaq təhlükəsi ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, bank hesabları dondurulan qurumun direktorlar şurası Bosniya və Herseqovina hökumətinə və BHRT-nin səhmdarlarına ictimai yayımın davam etdirilməsi üçün müraciət ünvanlayıb.
Problemin mühüm hissəsi Serb Respublikası Radio və Televiziyasının (RTRS) 2017-ci ildən bəri BHRT-yə qanunla müəyyən olunan ödənişləri etməməsindən irəli gəlir.
Kanal rəhbərliyi BHRT-nin borcunun artdığını və bank hesablarının təxminən üç həftədir dondurulduğunu bildirib.
BHRT-nin bağlanması 870 nəfərin işsiz qalması ilə nəticələnə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay