BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
20755

Britaniyanın xarici işlər naziri Liz Truss hesab edir ki, rus oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək.

Valyuta.az xəbər verir ki, o, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.

"Bu, son dərəcə çətindir. Bu oliqarxlar Vladimir Putinə etdiyi işləri görməyə imkan veriblər. Əllərində qan var", - Truss deyir.

O, həmçinin rusiyalı oliqarx və “Çelsi”nin sahibi Roman Abramoviçin Böyük Britaniyaya qayıda bilməyəcəyini düşünür. "Mən elə bir şeyin mümkünlüyünü görmürəm", - nazir bildirib.

Britaniyalı diplomat deyib ki, Qərb Soyuq Müharibədən bəri Rusiyanı cilovlamaq üçün kifayət qədər iş görmədiyindən dərs almalıdır.

"Bu, Soyuq Müharibənin sonunda müdafiə xərclərimizi kəsdiyimiz zaman başladı. Düşünürəm ki, Qərb Bleyer illərində (Tony Bleyer - 1997-2007-ci illərdə 
Böyük Britaniyanın baş naziri – red.) öz ayıqlığını aşağı salmağa başladı və bu, indiyə qədər də davam edir. “Bir sıra dönüş nöqtələri var idi və hər an Qərb Putinin nə planlaşdırdığını ciddi qəbul etmirdi”, - Trass bildirib.

Trassın fikrincə, avtoritar rejimlərlə barışığa artıq son qoyulmalıdır.

"Son 20 ildə ticarət və iqtisadi artım üçün avtoritar rejimlərlə həddən artıq barışıq olub, həddən artıq diqqətsizlik, təhlükəsizlik hökm sürüb və müdafiəyə kifayət qədər diqqət yetirilməyib. Bu, ümumi problemdir... Ümumiyyətlə, azad dünya bizim azadlığımız və təhlükəsizliyimiz bahasına ucuz neft, ucuz elektronika, ucuz mallar əldə etməyə həddindən artıq diqqət ayırıb”, - Britaniya xarici işlər naziri deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Avro bahalaşıb - Günün məzənnəsi

Lerikdə zəlzələ oldu

"Bitcoin" dəyərlənir - Günün kriptovalyuta göstəriciləri

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır - SƏHƏR OXUSU

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bu sualda səhvlik olub- Abituriyentlərin xeyrinə hesablanacaq

"Apple" bütün "iPhone 17" modellərində "metalens" texnologiyasından istifadə edəcək

Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Bayram ərəfəsində bölgə hotellərində son vəziyyət (VİDEO)

Xaricdən mobil telefon gətirmək niyə azalıb? (ARAŞDIRMA)

Bu xüsusiyyətlər səndə varsa, “Öz işinin ağası” ola bilməzsən

İllik 1 milyon 920 min manata belə kimsə bu işdə işləmək istəmir

Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb

CEO olmaq üçün MBA təhsili almaq zəruridir?

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Ağ şəhərdə fəaliyyət göstərən kafe biznesi satılır - QİYMƏT

Hərraca çıxarılan saatın dəyəri brilyantdadır, yoxsa sahibinin adında? - QİYMƏT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin