Ermənistanda ərzaq böhranı yaşaya bilər
Bəşəriyyət yaxın gələcəkdə ərzaq təhlükəsizliyi sahəsində çox ciddi problemlərlə üzləşə bilər. Birincisi, koronavirus epidemiyası, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyi məsələsini aktuallaşdırıb və buna tədarükün çatdırılmasında çətinliklər əlavə edib. Xüsusilə ilk növbədə taxıl məsələsində çətinliklər yaranıb ki, bu da öz növbəsində Ermənistanda narahatlıq doğurmaqda davam edir.
Nəzərə almaq lazımdır ki, Ermənistan illərdir öz ərzaq məhsullarının tələbatınının bir hissəsini, xüsusilə Qarabağdan böyük miqdarda buğda idxalı hesabına təmin edib.
Lakin Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana Qarabağdan nə ərzaq, nə də buğdanın təmin etməsi məsələsi tarixə qovuşdu.
Digər tərəfdən, Rusiya və Ukrayna ən böyük taxıl ixracatçıları siyahısında yer aldığı üçün Ukraynadan Ermənistana taxıl idxal məsələsinin azalma səbəbindən ölkədə böhran getdikcə artmaqdadır.
Məlumdur ki, dünya taxıl ixracının dörddə birini təmin edən Rusiya və Ukrayna olub. İndi də münaqişənin kəskinləşməsi fonunda humanitar fəlakətin yetişməsi nəticəsində iki ölkədən taxıl ixracı azalır və bundan sonrada ixraca konkret məhdudiyyətlərin tətbiq olunacağı istisna edilmir.
Ümumiyyətlə, dünya taxılının qiyməti son 14 ildə pik həddə çatıb və ehtimal ki, artmaqda davam edəcək. Bu reallıq isə Ermənistanı daha çox narahat etməlidir, çünki bu günə qədər ölkənin taxıl əsasən Rusiyadan idxal edilib.
Ərzaq təhlükəsizliyi və taxıl ehtiyatlarının təhlükəsizliyi məsələsi xüsusilə Ermənistan üçün çox ciddi məsələdir, çünki taxıl tədarükü və qiymətlərinin nə olacağıda gözlənilməzdir (hər an qiymətlərdə artım gözlənilir).
Bunu da nəzərə almalıyıq ki, Ermənistana Ukraynadan və Rusiyadan minlərlə insan, o cümlədən ermənilərin gəlməsi nəticəsində Ermənistanın iqtisadiyyatı onların ərzaq tələbatı məsələsindədə böyük çətinliklərlə üzləşəcək.
Eyni zamanda, ərzaq çatışmazlığı ağlasığmaz inflyasiya və həddindən artıq yoxsulluğa səbəb ola bilər.
Hal-hazırda isə Ermənistan Respublikası uzunmüddətli perspektivdə öz ehtiyaclarını ödəmək, ərzaq təhlükəsizliyi problemini həll etmək üçün ciddi addımlar ata biləcək gücündə deyil.
Paşinyana taxıl çatışmazlığı problemi ilə bağlı Ermənistanın parlamentində sual verildikdə, əvəzində başqa sualdan danışır və mövzudan yayınır üstəlik də adəti üzrə sual-cavabını keçmiş hakimiyyətin üzərinə qoyur.
Erməni iqtisadçı mütəxəssislər isə Ermənistanda ərzaq təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirdiyi halda, hökümət təmsilçiləri məsələ ilə maraqlanmadıqlarını, lazımsız başağrılarına ehtiyac duymadıqlarını açıq şəkildə nümayiş etməkdən də çəkinmirlər. Ümumiyyətlə, mütəxəssislər daim vurğulayırlar ki, hazırda ölkədə kənd təsərrüfatına təkan vermək üçün əsaslı problemlər mövcuddur.
Üstəlik də məhz Paşinyan hökumətin iclasında bəyan edir ki, yaxın gələcəkdə nikbin heç nə gözlənilmir və yeganə optimal vəziyyət indiki şəraitdə kənd təsərrüfatının inkişafı ola bilər ki, bunun da yaxın gələcəkdə reallaşaması da mümkün deyil.
Bununla da hökümət gübrə satışının 50%-nin subsidiyaya verilməklə sanki bütün məsələləri həll edəcəyini düşünürlər. Baxmayaraq ki, Ermənistan dövləti bir neçə istiqamətdə məqsədyönlü proqramlar həyata keçirməsini, məsələn, yanacağın subsidiyaları məsələsini həll etməsini, müasir kənd təsərrüfatı texnikası ilə təmin etməsini, toxum, pestisidlərin idxalına köməklik göstərməsini, peşəkar məsləhətləşmələr təşkil etməsini və s. planlaşdırsa da, hələlik bu sahədədə ciddi adımlar atılmayıb.
Üstəliklə də Ermənistan höküməti Kənd Təsərrüfatı Nazirliyini ləğv etdi, aqrar sektorla bağlı ən mühüm məsələləri arxa plana keçirdi və bir sözlə, digər sahələrdə olduğu kimin Kənd Təsərrüfatı sahəsindədə məhvetmə siyasətində böyük uğur qazandılar.
Telman Qasımov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay