BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
20593

Sudanda maliyyə sisteminin çökməsi nəticəsində paytaxt Xartumdakı bazarlarda ərzaq mallarının satışı dayandırılıb.

AZƏRTAC rəsmi SUNA agentliyinə istinadla xəbər verir ki, bu ölkənin Mərkəzi Bankı dərman preparatları və taxıl istisna olmaqla, qalan məhsulların pulsuz ödənişlə, əsasən mədənlərdə çıxarılan qızılla əldə edilməsinə icazə verib.

Martın 12-də Sudan funtunun dollar və avroya qarşı 30 faizdən çox dəyər itirməsi ticarət obyektlərinin sahiblərini çıxılmaz vəziyyətə salıb. İndi onlar ərzaq mallarının qiymətini müəyyən etməkdə çətinlik çəkirlər. Qarşıdakı həftədə devalvasiyanın yeni dalğasının gələcəyındən ehtiyat edən tacirlər mağazalarını bağlamağa üstünlük verirlər. Xüsusən, Ramazan ayı ərəfəsində qiymətlərin 50 faizə qədər artacağı ehtimal olunur ki, bu da ölkə əhalisinin aclıq təhlükəsi ilə üzləşməsi deməkdir. Hazırda Sudan Mərkəzi Bankının müəyyən etdiyi kurs (1 dollar = 600 Sudan funtu) real olmadığından, valyutadəyişmə məntəqələri xarici valyutaları, habelə qonşu Misir funtunu daha baha satırlar.

Sudanda dərin iqtisadi böhran ötən ilin oktyabrında baş vermiş hərbi çevrilişdən sonra başlayıb. General Əbdülfəttah əl-Burhanın başçılığı ilə mülki hökumətin həbsinin ardından ABŞ və beynəlxalq təşkilatlar bu ölkəyə bütün maliyyə və ərzaq yardımlarını dayandırıb. Birləşmiş Ştatların 700 milyon dollar və Dünya Bankının 500 milyon dollar həcmində iqtisadi yardım paketlərini ləğv etmələri, habelə Beynəlxalq Valyuta Fondunun vəd etdiyi krediti təxirə salması Sudanın onsuz da zəif olan iqtisadiyyatını tamamilə çökdürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bankların kredit portfeli 27 milyardı keçdi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu 285 manat olacaq

Deputatdan təklif: “Çoxuşaqlı ailələr daha tez pensiyaya çıxsın, daha yüksək pensiya alsın?

SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib

Sabah leysan yağacaq

Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi

"Bakı Şərab-1"lə "Green Mebel" arasında icarə qalmaqalı

“A-Qroup Sığorta Şirkəti"nin yığımı 1 milyon manatdan çox azalıb

Bankların aktivləri 50 milyard manata yaxınlaşır

Bu rayonun 24 kəndində qaz kəsiləcək

10 ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

Xaricə yod satışından gəlirimiz 4 milyon dollara yaxın azalıb - Rəqəmlər

Bank sədri edam cəzasına məhkum edildi

Bank sədri edam cəzasına məhkum edildi

Deputatdan pensiya yaşı ilə bağlı TƏKLİF

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manata yaxınlaşıb

Azərbaycanda bank kartlarının sayı 19 milyon ədədi keçdi

"Temu"dan şikayətlər ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib?

Şəhid ailələri ilə bağlı daha bir - Qərar

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Azərbaycanda qarın hündürlüyü 13 sm olub - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin