Dünya
10.03.2022 / 19:51
Rusiyanın cari əməliyyatlar profisiti kəskin artıb
20517
Bu ilin yanvar-fevral aylarında Rusiyanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 39,2 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) tədiyə balansının ilkin göstəricilərinə dair qısa hesabatında deyilir.
Qeyd olunur ki, sözügedən göstərici illik ifadədə 2,6 dəfə artıb.
Bundan əlavə, tədiyə balansının metodologiyası ilə hesablanan məlumatlara görə, 2022-ci ilin ilk iki ayında Rusiyanın ticarət dövriyyəsinin müsbət saldosu 46,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur.//APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay