7 milyarderin əmlakı əllərindən alındı (SİYAHI)
Britaniya hökuməti 7 rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq edib.
Milli.az Bloomberg-ə istinadən xəbər verir ki, onlar "Çelsi"nin sahibi Roman Abramoviç, "Rusal"ın sahibi Oleq Deripaska, "Rosneft"in rəhbəri İqor Seçin, "Bank Rossiya"nın direktorlar şurasının sədri Dmitri Lebedev, VTB bankının idarə heyətinin sədri Andrey Kostin, "Qazprom"un rəhbəri Aleksey Miller və "Transneft"in rəhbəri Nikolay Tokarevdir.
Bu miltimilyarderlərin hamısının Brpianiyadakı əmlakı və hesabları dondurulub, onlara Britaniya ərazisinə daxil olmaq yasaqlanıb.
Eyni zamanda, onlara qarşı nəqliyyat qadağası da tətbiq olunub. Belə ki, əgər siyahıdakı milyarderlərdən hər hansı biri Rusiyanın istənilən təyyarəsində Britaniyanın hava sərhədini keçərsə, həmin təyyarə müsadirə ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay