BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
20499

Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin tətbiq etdiyi sanksiyalar çərçivəsində bir çox beynəlxalq şirkət Rusiyadakı fəaliyyətini dayandırıb və ya ümumiyyətlə ölkəni tərk edib.

Lakin sanksiyalara rəğmən bir sıra şirkət Rusiyada fəaliyyətini hələ də davam etdirir. Məsələn, Yaponiyanın tütün şirkəti olan JTI ("Winston", "Mevius", "Camel", "Sobranie", "Glamour" və LD) ölkədəki biznesini bağlamayıb. Şirkətin Rusiyada iki zavodu və iki fabriki mövcuddur.

"Pringles" çipslərinin istehsalçısı olan ABŞ-ın "Kellogg’s" şirkəti, Rusiyada 704 obyektə sahib olan ABŞ-ın "Burger King" fast-food şəbəkəsi, İspaniyanın "Chupa Chups" konfetlərinin istehsalçısı, səhiyyə, şəxsi, peşəkar və sənaye gigiyena məhsulları istehsal edən ABŞ-ın "Kimberly-Clark" şirkəti də Rusiyadakı fəaliyyətlərini dayandırmayıb.

Bundan başqa, Fransanın dekorativ kosmetika istehsalçısı "Vivienne Sabo", paltar və çimərlik geyimləri istehsalçısı olan İtaliyanın "Calzedonia" şirkəti, Rusiyada 13 ticarət obyekti olan "Max Mara" geyim şəbəkəsi, Moskva vilayətində zavodu olan Cənubi Koreyanın LG şirkəti də Rusiyada işlərini davam etdirir.

Dünyanın ən böyük pivə istehsalçısı sayılan "AB InBev Efes" şirkəti də ("Bud", "Corona Extra", "Velkopopovický Kozel", "Hoegaarden", "Stariy Melnik iz Boçonka", "Klinskoye", "Beliy medved" pivə brendləri) Rusiyadakı 11 pivə zavodunda fəaliyyətini dayandırmaq niyyətində olmadığını bildirib.

Bundan başqa, bizneslərini Rusiyada davam etdirən şirkətlər sırasına "Miele"in ölkədəki nümayəndəliyi, Almaniyanın BSH ("Bosch&Siemens") konserni (Sankt-Peterburqda zavodu mövcuddur), "Bayer" şirkəti, "D-Basf" kimya konserni, Yaponiyanın "Yamaha" və "Toshiba" şirkətləri, Britaniyanın "Tesco" şəbəkəsi, Fransanın hipermarketlər şəbəkəsi "Aşan" (Rusiyada 241 mağazası mövcuddur), tikinti materiallarının satışı ilə məşğul olan "Leroy Merlin" (112 mağazanı idarə edir), "LC Waikiki", Avstriyanın "Raiffeisen Bank International" (RBI) təşkilatı, Macarıstanın OTP bank qrupu, Fransanın "Credit Agricole" qrupu və "BNP Paribas" daxildir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bank sədri edam cəzasına məhkum edildi

Bank sədri edam cəzasına məhkum edildi

Deputatdan pensiya yaşı ilə bağlı TƏKLİF

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manata yaxınlaşıb

Azərbaycanda bank kartlarının sayı 19 milyon ədədi keçdi

"Temu"dan şikayətlər ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib?

Şəhid ailələri ilə bağlı daha bir - Qərar

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Azərbaycanda qarın hündürlüyü 13 sm olub - FAKTİKİ HAVA

Bu ərazilərdə qaz olmayacaq

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Qızıl və gümüş daha da bahalaşıb

Avro və rubl ucuzlaşdı - Məzənnə

Nazirliklərə kiberhücum edərək fərdi məlumatları əldə edən şəxslər məhkəmə qarşısında

Ağıllı eynəklərin qızıl dövrü: Bizə nə vəd edir? - SƏHƏR OXUSU

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin