Rusiyada 11-12 milyon insan işsiz qala bilər - Ekspert
İlkin hesablamalara görə, Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandaran şirkətlərdə 4,5 mln. Rusiya vətəndaşı çalışırdı. Amma həmin şirkətlərlə subkontrakt və digər müqavilələrlə çalışan rusiyalılar da var – toplamda 11-12 mln. nəfər işsiz, deməli gəlirsiz qala bilər.
Valyuta.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Daha bir məsələ odur ki, 5 mln.-a yaxın Rusiya vətəndaşı daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı – indi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq, bunun da təsiri olacaq.
Digər tərəfdən 15 mln.-dan çox rusiyalı müxtəlif şəhərlərdə öz mənzil və evlərini xarici vətəndaşlara icarə verməklə qazanc əldə edirdilər – xaricilərin getməsi, yaxın ətraf ölkələrdən Rusiyada yaşayıb pul qazanan miqrantların öz ölkələrinə dönməsi riski onların da gəlirsiz qalmasına səbəb olacaq.
Yəni, birbaşa və dolayısı ilə 30-35 mln. Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənilir”, - ekspert bildirib.
O vurğulayıb ki, Rusiya Mərkəzi Bankı ölkədə dollar satışını sentyabr ayına qədər qadağan elədi:
“Bu isə “qara bazarın” yaranmasına səbəb olacaq – SSRİ kimi monsrt belə valyuta əməliyyatlarının “qara bazarına” mane ola bilməmişdi, korrupsiyada boğulan Rusiya isə bunu heç edə bilməz.
Digər tərəfdən Rusiyada mal-məhsul qıtlığı da yaranır, piştaxtalar boş qalır, bu isə yenə SSRİ dövründə olan kimi “alverçilərin”, piştaxta altından satışların yaranmasına səbəb olacaq, bir müddət sonra isə Rusiyada ərzaq talonları da dövriyyəyə buraxıla bilər.
Yəni, Putin və ona inanan milyonlarla rusiyanın arzusu yerinə yetir – SSRi-ni ayrıca bir ölkədə, Rusiyada tam bərpa edirlər…”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay