Dünya
07.03.2022 / 13:26
Cənubi Koreya Rusiya Mərkəzi Bankına da sanksiyalar tətbiq etdi
20397
Cənubi Koreya Rusiya Mərkəzi Bankı ilə bütün əməliyyatları dayandırdığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərar Ukraynaya hərbi müdaxiləyə cavab olaraq qəbul edilib.
Cənubi Koreya hökumətlə məsləhətləşmələrdən sonra yeni sanksiyalarla bağlı ətraflı məlumat verəcək. Seul qərarı ABŞ və Rusiyaya qarşı sanksiyalar tətbiq edən digər ölkələrə çatdıracaq.
Bundan əvvəl Cənubi Koreya Rusiyanın yeddi bankına, o cümlədən Sberbank, VTB və VEB-ə qarşı sanksiyalar tətbiq edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay