BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
20260

Rusiyanın milyarderləri artıq müharibənin gətirdiyi zərəri hiss etməyə başlayıblar.

Bu barədə “Bloomberg” yazır. Agentlik bildirir ki, Prezident Vladimir Putinin Ukraynanı işğal etmək qərarından sonra onların sərvətinin böyük hissəsindəki itkilər sürətlənir. “Bloomberg Billionaires Index”nin son açıqlamalarına görə, ultra zənginləri, hansı ki, dünyanın ən varlı 500-lərinin siyahısındadır, il başlayandan sonra $83 milyard itki ilə üzləşiblər.

Birjalarda azalmalar o qədər sürətli olub ki, Rusiya Mərkəzi bankı bazar ertəsi yerli ticarəti dayandırıb. Moskva birjası (IMOEX) və Sankt-Peterburq birjası tam işə düşə bilmirlər, bu da onların sərvətlərindəki kəskin enişi bir qədər səngidir.

Bazar ertəsi günü ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digər ölkələrin sanksiyaları gücləndirməsindən sonra qaz istehsalçısı “Novatek”dən tutmuş polad istehsalçısı “Severstal”a qədər London birjasında listə alınmış Rusiya şirkətlərinin səhmləri 50%-dən çox ucuzlaşıb.

$1.5 trilyonluq iqtisadiyyata sahib Rusiya artıq hava məkanından Avropa üzərinə uçuş üçün yol tapa bilmir, bu da onların aviaşirkətləri üçün əlavə təzyiq vasitəsidir. ABŞ, Böyük Britaniya və Avropa İttifaqının “cəhənnəm sanksiyası” Rusiya Mərkəzi Bankının $640 milyardlıq valyuta ehtiyatlarını da hədəf aldı. Ölkədə böyük ixracatçılara əldə etdikləri valyutanın 80%-ni isə təlatümdə olan yerli valyuta bazarına yönəldirlər ki, dollara qismən qarşılaya bilsin. Xaricdən gələn bu məhdudiyyətlər ölkənin bazarlarını sarsıtdı və ölkənin ən böyük zənginlərinə təsir etdi.

Neft şirkəti “Lukoil” Publik Səhmdar Cəmiyyətinin rəhbəri, Azərbaycan əsilli Vahid Ələkbərov isə 22 rus milyarderdən ən çox itirənidir. “Bloomberg” indeksinə görə ilin əvvəlindən indiyə qədər onun sərvətinin $14 milyardı, yaxud 61.4%-i “havaya sovrulub”. Neft şirkətinin Londonda satılan səhmləri bazar ertəsi günü 62.8% ucuzlaşıb.

Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan ilk oliqarxlardan biri olan Gennadi Timçenko bu il sərvətinin demək olar ki yarısını – $10.2 milyard itirib. “Novatek”in səhmdarı Leonid Mikhelson 2022-ci ildə sərvətindən $10.2 milyardı silinib.

Həmin indeksdəki son dəyişmələri təqdim edirik:


Mənbə: index.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda bank kartlarının sayı 19 milyon ədədi keçdi

"Temu"dan şikayətlər ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib?

Şəhid ailələri ilə bağlı daha bir - Qərar

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Azərbaycanda qarın hündürlüyü 13 sm olub - FAKTİKİ HAVA

Bu ərazilərdə qaz olmayacaq

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Qızıl və gümüş daha da bahalaşıb

Avro və rubl ucuzlaşdı - Məzənnə

Nazirliklərə kiberhücum edərək fərdi məlumatları əldə edən şəxslər məhkəmə qarşısında

Ağıllı eynəklərin qızıl dövrü: Bizə nə vəd edir? - SƏHƏR OXUSU

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin