BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
20052

"Rus oliqarxların xaricdəki mülk və hesablarının müsadirə olunması mövcud vəziyyətdə Rusiyaya ən güclü təsir göstərəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Moskvanın qondarma DXR və LXR-i tanıması fonunda Ukraynaya hücum edəcəyi təqdirdə Qərbin tətbiq edəcəyi daha kəskin sanksiyaların Rusiyaya nə dərəcədə təsir edib-etməyəcəyinə aydınlıq gətirərkən deyib:

"Hələlik Bayden qondarma DXR və LXR-ə qarşı sanksiyalar elan edib. Amma Rusiya Ukraynaya qarşı təcavüzə başlasa, növbəti cəza tədbirləri Moskvaya qarşı yönələcək. Bu zaman Moskvaya təsir edəcək ən güclü vasitələrdən biri Rusiyanın SİFT banklararası ödəmə sistemindən ayrılması, rus qaz və neftinin alınmasının minimum həddə endirilməsi, qabaqcıl texnologiyaların verilməsinin qadağan edilməsi, hərbi siyasi, mədəni əməkdaşlığın minimuma endirilməsi kimi sanksiyalar olacaq. Bunlar da təsir göstərməsə, Böyük Britaniyanın elan etdiyi kimi rus oliqarxlarının xaricdəki mal, mülk, malikanə və hesabları müsadirə oluna bilər. Düşünürəm ki, Rusiyaya qarşı ən güclü təzyiq vasitəsi məhz budur. Bir neçə yüz rus oliqarxının pulu müsadirə olunsa, əminəm ki, onlar Putini devirəcəklər. Yəni onlar Putinə səfeh siyasətilə bu qədər böyük pullarının itirilməsini bağışlamayacaqlar”.

Məsələ barədə saytımıza danışan iqtisadçı ekspert Natiq Cəfərli də Rusiyanın daha kəskin sanksiyalardan böyük zərər görəcəyini düşünür:

"Hər şey sanksiyaların miqyası və hansı həddə qədər qəbul olunacağından asılıdır. Rusiya 2008-ci ildən üzü bəri sanksiyalarla yaşayır. Amma buna baxmayaraq, Rusiya iqtisadiyyatı buna adaptasiya olub. İndiki halda, Putinin məlum qərarı Rusiya səhm bazarında ciddi çöküş yaşadıb, bazar 20 faiz dəyər itirib. Bununla belə, hələlik elan olunan sanksiyalar gözləntilərə cavab vermir. SİFT maliyyə sistemindən ayrılsa, neft-qaz və texnologiya satışına qadağa qoyulsa, bu halda təbii ki, Rusiya iqtisadiyyatı daha ciddi fəsadlarla üz-üzə qalacaq. Rusiya milli valyutası 1 dollara nisbətdə 100 rublu da keçə bilər. Nəticədə Rusiya iqtisadiyyatı yarıbayarı kiçiləcək”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Bu ərazilərdə qaz olmayacaq

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Qızıl və gümüş daha da bahalaşıb

Avro və rubl ucuzlaşdı - Məzənnə

Nazirliklərə kiberhücum edərək fərdi məlumatları əldə edən şəxslər məhkəmə qarşısında

Ağıllı eynəklərin qızıl dövrü: Bizə nə vəd edir? - SƏHƏR OXUSU

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin