Dünya
19.02.2022 / 15:44
ABŞ-dan Rusiyaya xəbərdarlıq: "Artıq sanksiyalar paketi hazırdır"
19957
ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiyaya xəbərdarlıq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO müttəfiqlərinin Kremlə qarşı ciddi sanksiyalar paketi hazırladığını diqqətə çatdırıb.
“Rusiya dialoq üçün imkanlar pəncərəsini daraltmağa davam edir. O, buna hazır olduğunu deyir. Əgər Moskva bu ritorikanı davam etdirərsə, biz Moskvaya ciddi sanksiyalar tətbiq edəcəyik. Artıq sanksiyalar paketi hazırlamışıq. Onlar kifayət qədər sərtdir”, - vitse-prezident vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay