Miqrasiya, intihar və ölənlər artıb, doğum azalıb... - Ermənistan bu gün
Ermənistan Respublikası Statistika Komitəsi 2021-ci ilin sosial-iqtisadi inkişafının əsas ilkin göstəricilərini dərc etdi. Elə bundan sonra hökumət rəsmiləri görünməmiş nəticələrlə öyünməyə başlayıblar. Əslində isə reallıq acı, məyusedici və pisdir.
Belə ki, Ermənistanda 2021-ci ildə iqtisadi artım 5,8% təşkil edib və hazırda ÜDM (Ümumi Daxili Məhsul) göstəricisi yoxdur. Lakin məlumdur ki, 2020-ci ildə Ermənistanda iqtisadi azalma 7,5% olub. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı 2018-2021-ci illərdə 11,4% artıb və ya illik 2,85% artım tempinə malik olub. Bu, isə Ermənistanda 1994-cü ildən bəri ən pis tempdir.
2021-ci ildə dövlət büdcəsinin gəlirləri 2020-ci illə müqayisədə 7,9% artaraq 1684 milyard dram təşkil edib. Bununla belə, gəlir artımının 91%-i inflyasiya (inflyasiya 7,2%) hesabına olub. Normal şəraitdə büdcə artımı 13% (7,2+5,8) olmalı idi. Nəticədə dövlət büdcəsi ÜDM nisbəti azalıb.
Dövlət büdcəsinin xərcləri ilə bağlı daha biabırçı vəziyyət qeydə alınıb. 2021-ci ildə bu xərclər 1988 milyard dram təşkil edib ki, bu da 2020-ci illə müqayisədə cəmi 4,9% çoxdur. 2021-ci ildəki 7,2% inflyasiyanı nəzərə alsaq, 2021-ci il büdcəsinin real xərclərinin 2020-ci illə müqayisədə 2,3% azaldığı məlum olur. Və bunun fonunda Ermənistan hökümətinin nəyi təriflədiyi bəlli deyil. Büdcənin real gəlirlərinin azalması iqtisadi artımın strukturu ilə bağlıdır. Burada sürücülər xidmət sektoru, ticarətdir.
Bir il ərzində Ermənistanın dövlət borcu 265 milyard dram (demək olar ki, 550 milyon dollar) artıb. Ermənistan son 28 ildə dövlət borcunu aşağı salmağa (azaltmaq) malik olmayıb.
Ermənistanı 2021-ci ildə 73571 vətəndaşı tərk edib. Beləliklə, Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin ilk 9 ayında işsizlik səviyyəsi 19%-dən 15%-ə düşüb. 2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda 2020-ci ildəki 226 min əvəzinə orta hesabla 182 min işsiz qeydə alınıb. Məsələ burasındadır ki, həmin dövrdə işləyənlərin (işçilərin) sayı 998 min nəfərdən 981 min nəfərə qədər azalıb, bir il ərzində işçi qüvvəsi isə 1224 min nəfərdən 1161 min nəfərə qədər yüksəlib. Əhalinin çoxu ölkəni tərk edib. Yəni Ermənistanda işsizlik iş yerlərinin açılması hesabına yox, işsizlərin ölkədən sıxışdırılması hesabına azalıb. Ölkədə işsizlik səviyyəsinin kəskin artması şəraitində belə işsiz olanların qeydiyyatdan keçmə sayı artmağa doğru davam edəcək.
2021-ci ildə ölkədə nominal əmək haqqı 7,6%, qiymətlər isə 7,2% artıb. Belə çıxır ki, işçilərin real gəlirlərində cəmi 0,4% artım olub. Bundan əlavə, orta real gəlirlərdən danışarkən pensiya, müavinət və s. sahəsində azalma əslində daha böyükdür.
Banklarda isə vəziyyət çox acınacaqlıdır. İl ərzində Mərkəzi Bankın ehtiyatları təxminən 200 milyon dollar azalıb. 2021-ci ilin sonunda iqtisadiyyata kredit verilməsi məhdudlaşdırılıb. Bununla bərabər, 2021-ci ilin mart-dekabr aylarında kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi 150 milyard dram azalıb.
Hökümətin sevinməsi üçün heç bir səbəb yoxdur. Hazırkı dollar qiymətləri ilə ixrac 19,1% artıb.
Bu gün, Ermənistanda demoqrafik göstəricilər baxımından mənzərə tamamilə acınacaqldır. 2020-ci il müharibəsindən sonra doğum nisbətinin artacağı gözlənilirdi. Belə ki, 2021-ci ildə 36 585 uşaq, 2020-ci ildə isə 36 353 uşaq doğulub. Ölənlərin sayı da əhəmiyyətli dərəcədə artıb (34658 nəfər ölüb). 2021-ci ildə 2019-cu illə müqayisədə 32,3% çox insan ölüb. Son illər Ermənistan hətta intiharların sayına görə depressiyaya düşən ölkələrin səviyyəsinə yaxınlaşıb. (Təkcə 100 min intihar cəhdi baş verib).
Ölkədə nikahların sayının artması ilə parallel olaraq boşanmaların da sayı çox artıb.
Ermənistanda 2021-ci ildə cinayətlər 14,2% artıb (2020-ci ilin 26468-ə qarşı 30245 nəfər). Və ümumiyyətlə, 2017-2021-ci illər ərzində ölkədə qanun pozuntularının sayı 49% artıb.
Demək olar ki, bütün sahələrdə yaxşı heç nə yoxdur. Hökumət və polis yol qəzalarına qarşı mübarizəni gücləndirdikcə, vəziyyət daha da pisləşir. Belə ki, Ermənistanda əhalinin hər 100 min nəfərinə düşən ölüm göstəricisi keçmiş SSRİ respublikaları arasında ən yüksək göstəricidir (Ermənistan - 20, Gürcüstan - 12,4, Rusiya - 12, Ukrayna - 10,2, Litva 8,1, Moldova - 7,3, Azərbaycanda - 6,7 və s.). Ermənistanda hər il yol qəzaları nəticəsində 550-600 nəfər ölür. Xüsusilə 2018-ci ildən sonra vəziyyət kəskin şəkildə pisləşib.
Beləliklə, Ermənistan dərin iqtisadi, hüquqi, sosial böhran içindədir. Buna hərbi-siyasi böhranı da əlavə etmək yerinə düşərdi.
Telman Qasımov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay