Dünya
08.02.2022 / 20:47
ABŞ-ın xarici ticarət kəsiri 80,7 mlrd. dollara yüksəldi
19477
2021-ci ilin dekabr ayında ABŞ-ın xarici ticarət kəsiri noyabrdakı 79,3 mlrd. dollardan 80,7 mlrd. dollara yüksəlib.
Valyuta.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Ticarət Departamentinin açıqlamasında deyilir.
Ekspertlər orta hesabla ABŞ-ın ticarət kəsirinin noyabrda əvvəl elan edilmiş 80,2 mlrd. dollardan 83 mlrd. dollaradək artacağını gözləyirlər.
ABŞ-ın ticarət kəsiri sentyabrda qeydə alınmış 81,4 mlrd. dollarlıq tarixi maksimuma yaxınlaşıb.
Hesabat ayında idxal 20,5% artaraq rekord həddə – 308,9 mlrd. dollara, ixrac isə 18,5% artaraq 228,1 mlrd. dollara çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay