BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
19434

İqtisadi durğunluq, real gəlirlərin azalması və ölkəni kapital bazarlarından və müasir texnologiyadan uzaqlaşdıran sanksiyalar fonunda iri Avropa biznesləri Rusiyadakı mövcudluğunu azaltmağa davam edirlər.

Almaniya-Rusiya Ticarət Palatası AHK Russland-ın "Deutsche Welle"yə verdiyi məlumata görə, son 10 ildə Rusiya Federasiyasında fəaliyyət göstərən alman şirkətlərinin sayı 42% azalıb.
2011-ci ildə Rusiya iqtisadiyyatına sərmayə qoyan 6,3 min hüquqi şəxsdən ötən ilin sonuna 3651-i qalıb.

Son bir il ərzində daha 300-ə yaxın Alman şirkəti Rusiyanı tərk edib ki, bu da onların ümumi sayını 8% azaldıb.

"Səbəb, digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı gərgin vəziyyət və bizneslərin qaçmaq istədiyi sanksiyalar riskləridir", - deyə "AHK Russland"ın İdarə Heyətinin sədri Matthias Schepp (Mathias Şepp) bildirib.

Şeppin sözlərinə görə, alman iş adamlarının rahat işinə daha bir maneə, keçən ilin sonundan əcnəbilərin və onların 7 yaşdan yuxarı ailə üzvlərinin məcburi tibbi müayinədən keçməsini tələb edən sanitariya normaları olub.

Rusiyaya üç ay və ya daha çox müddətə gələnlər Daxili İşlər Nazirliyinə narkotik testi və yoluxucu xəstəliklərin olmaması haqqında arayış təqdim etməlidirlər: HİV, sifilis, cüzam, vərəm və koronavirus. Həmçinin rentgen müayinəsi, barmaq izi və biometrik fotoqrafiyadan keçmək tələb olunur.

Şepp proqnozlaşdırır ki, hakimiyyət biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görməsə, 2022-ci ildə daha çox alman şirkəti Rusiyada fəaliyyətini dayandıra bilər.

Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, 2021-ci il iyulun 1-nə Almaniyadan Rusiyaya birbaşa investisiyaların ümumi həcmi 19,6 milyard dollar təşkil edib. Bu məbləğ 2014-cü ildə Krımın ilhaqı və Donbassdakı müharibənin Qərblə sanksiya müharibəsinə başlamasından sonra durğunlaşıb. Ötən ilin birinci yarısında Almaniyanın Rusiya Federasiyasının real sektoruna investisiyalarının həcmi 1,6 milyard dollar artıb. Ümumilikdə, 2021-ci ildə iqtisadiyyata 30,7 milyard dollar birbaşa investisiya daxil olub ki, bu da bir il əvvəlkindən təxminən dörd dəfə çoxdur. Bununla belə, Rusiyadan xaricə birbaşa investisiya axını 70% artaraq 53,6 milyard dollar təşkil edib. Beləliklə,  birbaşa xarici investisiyaların xalis balansı mənfi olaraq qalıb. //Marja.az


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ağıllı eynəklərin qızıl dövrü: Bizə nə vəd edir? - SƏHƏR OXUSU

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin