Dünya
03.02.2022 / 14:53
İtaliyada inflyasiya son 26 ilin maksimumuna yüksəlib
19308
Yanvar ayında İtaliyada inflyasiya 4,8 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilir ki, buna səbəb enerji qiymətlərinin artmasıdır. Həmçinin bu göstərici ölkədə 1996-cı ilin aprelindən bəri qeydə alınan ən yüksək inflyasiya səviyyəsidir.
Avrozonanın üçüncü böyük iqtisadiyyatına malik İtaliyada enerji qiymətləri illik müqayisədə 38,6 faiz artıb, ərzaq qiymətlərində 5,4 faiz, xidmətlər üzrə isə 3,5 faiz artım olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay