Rus milyarderlər Donbasa görə 28 milyard itirdi
Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzü fonunda yaranan geosiyasi risklər səbəbindən birja indekslərinin düşməsi rus iş adamlarına da təsir edib.
Bu barədə “Forbes” nəşri məlumat yayıb.
Qeyd olunur ki, 2021-ci ilin dekabr ayının sonundan 2022-ci ilin yanvarına kimi “Forbes”in siyahısına daxil olan 104 rusiyalının ümumi sərvəti 27,9 milyard dollar azalıb.
Gəlirləri azalanlar siyahısında “Novatek” və “Sibur”un rəhbəri Leonid Mixelson, “Novatek” və “Sibur” Direktorlar Şurasının üzvü Gennadi Timçenko, Federasiya Şurasının üzvü Süleyman Kərimov, “Severstal”ın rəhbəri Aleksey Mordaşov, “Arrival” elektromobil istehsalçısının rəhbəri Denis Sverdlov, SUEK və “Avroxim”in rəhbəri Andrey Melniçenko, “Nornikel”in rəhbəri Vladimir Potanin kimi milyarderlərin adları var.//axar.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay