ABŞ dollarının möhkəmlənməsi fonunda qızıl ucuzlaşıb
Möhkəmlənən ABŞ dollarının təzyiqi altında qızılın dəyəri azalıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,3%, yaxud 5,55 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 846,95 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,58% aşağı düşərək, 1 unsiyası 23,758 ABŞ dolları təşkil edib.
ABŞ dollarının bir sıra valyutalara, o cümlədən Yaponiya yeninə qarşı möhkəmlənməsi qızılın qiymətinə təsir göstərir. ABŞ dollarının indeksi isə 0,02% artaraq, 95,97 bəndə çatıb.
İnvestorlar FES iclasının bu gün açıqlanacaq nəticələrini gözləyirlər. Analitiklər hesab edirlər ki, tənzimləyici orqan tezliklə monetar siyasəti sərtləşdirəcək və yaxın gələcəkdə uçot dərəcəsini artıra bilər.
Qızıl fyuçerslərinin hesablandığı ABŞ dolları bu qərarlardan sonra möhkəmlənə bilər, bu isə qiymətli metalı digər valyuta istifadəçiləri üçün daha az əlçatan edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay