Dünya
26.01.2022 / 09:47
5 ölkə bəzi diplomatlarını və onların ailələrini Ukraynadan təxliyə edir
19032
ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Kanada bəzi diplomatlarını və onların ailələrini Ukraynadan təxliyə edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Altı ölkə isə öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib.
Ukrayna hakimiyyətinin fikrincə, bunun üçün heç bir real əsas yoxdur.
Qeyd edək ki, Ukraynada 129 diplomatik nümayəndəlik fəaliyyət göstərir.
Son aylar Qərbdə, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Kreml onları boş və əsassız adlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay