Avro və Funt-sterlinq ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Beynəlxalq valyuta birjalarında dollar indeksi yenidən dəstək görərək yüksəlməyə başlayıb.
Valyuta.az xəbər verir ki, bazar ertəsinin müqavimət səviyyəsi qırılarsa, yüksəliş sürətlənə bilər.
Bunun əsas səbəbləri iqtisadiyyat və, birjalarda risklərin artması, FED-in faiz artımı ehtimallarının dollara olan tələbi artırmasıdır. EUR/USD və GBP/USD məzənnələri də Amerika sessiyasında ucuzlaşmağa başlayıb və avro 1.14, funt sterlinq 1.34$-a kimi ucuzlaşa bilər.
Əlvan metallar bazarlarında da qızıl 1770$-da müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşmağa başlayıb və trendin 1738$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında isə bitkoin dəyər qazanmaqda davam edir və tendensiyanın 53 min dollara kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay