Dünya
30.09.2021 / 19:33
Almaniyada inflyasiya ilk dəfə 4 faizi keçib
18677
Almaniyada sentyabr ayında inflyasiya səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% təşkil edib.
Bu barədə Almaniyanın Federal Statistika İdarəsi xəbər verir.
DPA agentliyinin müəyyən etdiyi kimi, bu, son 28 ilin ən yüksək göstəricisidir. Sonuncu dəfə inflyasiya 4% həddini 1993-cü ilin dekabr ayında keçib.
"2021-ci ilin iyul ayından etibarən müşahidə edilən yüksək inflyasiya dərəcələrinin 2020-ci ildə qiymət enişinin əsas təsiri də daxil olmaqla bir sıra səbəbi var. Xüsusilə, ƏDV dərəcələrinin müvəqqəti azalması və neft məhsullarının ucuzlaşması tempi artırıb", - statistika idarəsindən bildirilib.
Mənbə: "APA-Economics"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay