Dünya
24.09.2021 / 14:05
Avro və Funtda ucuzlaşma yenidən sürət götürə bilər
18489
Amerikanın əmək bazarında işsizlik müavinətlərinə dair fundamental göstəricilərin mənfi açıqlanmasından sonra foreks bazarlarında dollar ucuzlaşıb.
Valyuta.az xəbər verir ki, beləliklə, EUR/USD və GBP/USD məzənnələrində bahalaşma müşahidə edilib. Lakin təhlillərə əsasən, ucuzlaşma yenidən sürət götürə bilər.
Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti təzyiq altında qalmaqda davam edir və düşüş 1717$-a kimi davam edə bilər.
Kriptovalyuta birjalarında da bitkoinin qiyməti 44600$-da müqavimətlə rastlaşıb və bu qırılana kimi korreksiya 43 min dollara kimi dərinləşə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay