Koronavirusun "Eta" ştammının spesifik əlaməti açıqlandı
Koronavirusun yeni yayılan "Eta" ştammının spesifik əlaməti yüksək hərarətdir.
Bunu həkim-infeksionist Nigar Əliyeva deyib.
O, yeni variantın digər əlamətlərinin isə bütün ştamlarla eyni olduğunu bildirib:
"Dünyanın müxtəlif yerlərində müxtəlif ştamlar yaranır. Bəziləri bir müddət sonra yayılma sürətini artıraraq aktuallıq qazanır. ÜST təsdiq etdikdən və araşdırmalardan sonra yekun qərara gəlinir. Hazırda, Nigeriya ştammı yeni aşkarlanıb və araşdırma dövrünü keçirir. Eyni zamanda "Mü" ştammı da diqqət mərkəzindədir.
Lakin hansının geniş miqyas alacağını proqnozlaşdırmaq çətindir. Adətən, hər yeni yaranmış mutasiya əvvəlkindən daha zəif olmalıdır. Lakin COVID-19-da biz bunu hələ ki müşahidə edə bilmirik. Ümid edirik ki, vaksinasiya ştamların zəifləməsinə də təsir edəcək".
Mənbə: Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay